Azedu.az

Son illərdə maksimum bal toplayanların sayı artıb - STATİSTİKA

İmtahanlar

11 Mart 2026, 14:16
Son illərdə maksimum bal toplayanların sayı artıb - STATİSTİKA

Azərbaycanda son illərdə tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında maksimum yəni 300 bal toplayan abituriyentlərin sayı diqqət çəkən dəyişikliklər göstərir. Müxtəlif illər üzrə statistika göstərir ki, bəzi dövrlərdə bu nəticəyə çatanların sayı çox az olsa da, son illərdə ciddi artım müşahidə olunub.

AzEdu.az-ın əldə etdiyi məlumatlara əsasən, 2019-cu ildə buraxılış imtahanlarında 300 bal toplayan abituriyentlərin sayı 4 nəfər olub. 2020-ci ildə bu göstərici 5 nəfərə yüksəlib. 2021 və 2022-ci illərdə isə maksimal nəticə göstərənlərin sayı 2 nəfər təşkil edib.

2023-cü ildə isə heç bir abituriyent buraxılış imtahanında 300 bal toplaya bilməyib. Növbəti ildə vəziyyət kəskin dəyişib. Belə ki, 2024-cü ildə rekord sayda - 55 nəfər maksimal nəticə göstərib. 2025-ci ildə isə 43 abituriyent 300 bal toplayıb.

Beləliklə, 2019-2025-ci illər ərzində buraxılış imtahanlarında ümumilikdə 111 abituriyent 300 bal toplamağa nail olub.

Nəticə olaraq statistika göstərir ki, əvvəlki illərlə müqayisədə son iki ildə maksimal nəticə göstərənlərin sayında əhəmiyyətli artım var. Bu isə həm imtahan modelindəki dəyişikliklərin, həm də abituriyentlərin hazırlıq səviyyəsinin yüksəlməsinin göstəricisi kimi qiymətləndirilə bilər.

İranda vətəndaşlara şok XƏBƏRDARLIQ - Hər kəsi ö*ldürəcəyik!
Son xəbərlərDaha çox