Sosial şəbəkə hesablarında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək imtahanların qrafikinin bu gün elan olunması ilə bağlı xəbərlər yayılır.
Maraqlıdır, imtahanların tarixi bu gün elan edilə bilər?
AzEdu.az mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, yayılan xəbər doğru məlumat deyil:
"Tarixlər adətən yanvar ayı ərzində açıqlanır. Odur ki, imtahan tarixlərinin bu gün elan olunması ilə bağlı paylaşımlar həqiqəti əks etdirmir",- deyə DİM-dən məlumat verilib.