Azedu.az

Sabunçuda qəza: iki gənc xəsarət aldı, biri həyatını itirdi

Hadisə

29 Noyabr 2025, 10:14
Sabunçuda qəza: iki gənc xəsarət aldı, biri həyatını itirdi

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

AzEdu.az xəbər verir ki, Abbasov Mirəli Yolçu oğlunun idarə etdiyi "Toyota Prado" markalı avtomobillə işıqforun yaşıl işığından keçib sola doğru manevr zamanı 2003-cü il təvəllüdlü Ələsgərov Ələsgər Elxan oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə sürücü Ə.Ələsgərov hadisə yerində öüb.

Sərnişinlər - 2003-cü il təvəllüdlü Rəsulova Sevinc Şükür qızı və 2006-cı il təvəllüdlü Rəsulova Nəzrin Şükür qızı, eləcə də digər sürücü M.Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır
Son xəbərlərDaha çox