Rusiyanın Vladivostok şəhərində məktəbli dərs zamanı qaz tapançasından atəş açıb.
AzEdu.az bu barədə "SHOT" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, insident nəticəsində azı yeddi uşaq xəsarət alıb.
"Təhlükəli əşyanı təhsil müəssisəsinə səkkizinci sinif şagirdi gətirib. O, girişdə nəzarət çərçivəsindən və mühafizəçilərdən maneəsiz keçərək silahını birbaşa dərs zamanı sınamağa qərar verib. Atəşdən sonra onun sinif yoldaşlarının gözlərindən yaş axıb, həmçinin tənəffüs yollarında yanma hissi başlayıb", – məlumatda qeyd olunub.
Nəticədə dərs prosesi dayandırılıb, uşaqlar evlərinə buraxılıb. Hadisə yerinə polis çağırılıb, faktla bağlı araşdırma aparılır.