Azedu.az

Rusiya Kiyevdə uşaq bağçasını raketlə vurdu - yaralılar var

Hadisə

25 Oktyabr 2025, 09:40
Rusiya Kiyevdə uşaq bağçasını raketlə vurdu - yaralılar var

Rusiya ordusu Kiyevə ballistik raketlərlə hücum həyata keçirib.

AzEdu.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkon bildirib.

Zərbələr nəticəsində Dnepr rayonunda yerləşən uşaq bağçasının binasına zərər dəyib.

Tkaçenkonun sözlərinə görə, hadisə nəticəsində ilkin məlumata əsasən, səkkiz nəfər yaralanıb.

Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları fəaliyyət göstərir.

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox