Nyu-Yorkun Bruklin bölgəsində dəstələr arasındakı silahlı qarşıdurma günahsız bir körpənin həyatına son qoyub.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, motosikletlə hərəkət edən şəxslərin kütləyə doğru atəş açması nəticəsində uşaq arabasında olan 7 aylıq Kaori Patterson-Mur başından vurulub.
Xəstəxanaya çatdırılan körpəni xilas etmək mümkün olmayıb.
Hadisə yerindən qaçmağa çalışan şübhəlilər qəza törədib. Atəş açan şəxs yaralı halda ələ keçirilsə də, sürücünün tutulması üçün şəhər miqyasında genişmiqyaslı axtarış davam edir.
Övladını itirən ananın "Onu bir daha heç vaxt öpə bilməyəcəyəm" fəryadı şəhəri sarsıdıb. Nyu-York rəsmiləri hadisəni faciə adlandıraraq, küçələrdəki silahlı zorakılığa qarşı mübarizənin daha da sərtləşdiriləcəyini bəyan ediblər.