Bu gün "İdrak" liseyində şagird müəllimini güllələyib. Belə ki, 10-cu sinif şagirdi 29 yaşlı müəlliməsinə ov tüfəngi ilə atəş açaraq xəsarət yetirib.
AzEdu.az faktla bağlı olaraq liseyin təsisçisi Mönsüm Alışovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
“Yayılan məlumatlar yalandır və panika yaratmaq məqsədi daşıyır. "Ay nə bilim, silahlı hücum, bunu kim edib?",- deyə xəbərlər dolaşır. Burada hər kəs tədrislə məşğuldur və heç bir problem yoxdur,” - deyə o bildirib.
Bundan əlavə, ingilis bölməsi departamentinin rəhbəri Qıztamam Quliyeva və bir neçə müəllim liseydə heç bir problemin olmadığını, yayılan məlumatların təxribat xarakteri daşıdığını və qəsdən dövriyyəyə buraxıldığını bildiriblər.