Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərində 13 yaşlı oğlan liseyə hücum edib.
AzEdu.az xəbər verir ki, həmin liseyin 7-ci sinif şagirdi Danis adlı yeniyetmə xadiməni bıçaqlayıb.
Məktəbli saxlanılıb. Onun üzərindən bıçaq, maska və taktiki əlcək aşkarlanıb.
Məlum olub ki, liseyə hücum edən şəxs terrorçuluğa heyran olub və əvvəlcədən məktəbə mümkünhücumu planlaşdırıb. Rusiya KİV-i yazır ki, 13 yaşlı yeniyetmənin sosial media hesabları təhsil və ya dini müəssisələrəhücum edən cinayətkarlara istinadlarla dolu olub. Danisin hesablarından birininadı 2022-ci ildə ABŞ-da baş verən kütləvi atışmadan götürülüb. Danisin sosialmedia hesablarında Rusiyadakı məktəblərə edilən digər hücumlara və millətçisimvollara da istinadlar olub. Yeddinci sinif şagirdini tanıyan qohumlarının Baza-yadediyinə görə, Danis altıncı sinifdən başlayaraqsilahlara və terrorizmə maraq göstərməyə başlayıb. Daha sonra o, özünün də məktəbəhücum edə biləcəyinə işarə edib. Lakin heç kim onun sözlərinə əhəmiyyət verməyib.