Siyəzəndə avtomobildə yanğın olub, iki yaşlı uşaq ölüb.
Modern.az xəbər verir ki, dekabrın 24-ü saat 14 radələrində Böyük Həmyə kəndinin ərazisində kənd sakini 1991-ci il təvəlüdlü Hüseynağa Seyfəl oğlu Bağırova məxsus "VAZ-2107" markalı avtomobildə yanğın baş verib.
Avtomobilin konstruksiyaları yanıb, içəridə olan H.Bağırovun 2023-cü il təvəlllüdlü oğlu ölüb.
Araşdırma aparılır. (Mənbə: Bizimmedia)