Moskva vilayətinin Odintsovo şəhərində məktəbli bir neçə nəfəri bıçaqlayıb.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, insident Qorki-2 qəsəbəsində Uspenskaya orta məktəbində baş verib.
İlkin məlumata görə, məktəbli bir mühafizəçini və şagirdi bıçaqlayıb.
"Baza"nın məlumatına görə, Qorki-2 qəsəbəsindəki məktəbə edilən hücumda bir uşaq ölüb, daha iki nəfər yaralanıb.