Azedu.az

Quşçular kənd tam orta məktəbində qrant layihənin açılış tədbiri olub

Gəncə-Daşkəsən

21 Noyabr 2025, 19:18
Quşçular kənd tam orta məktəbində qrant layihənin açılış tədbiri olub

Goranboy rayonu Quşçular kənd tam orta məktəbində ‘Mən gələcəyin robototexnikiyəm’ qrant layihəsinin açılış tədbiri keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, sektor əməkdaşları, layihə eksperti, təlimçilər, məktəb direktorları, müəllim heyəti, valideyn və şagirdlər iştirak ediblər.

Layihənin əsas məqsədi Goranboy rayonu Quşçular kənd tam orta məktəbinin 8-12 yaşlı şagirdlərini robot texnologiyaları, bu texnologiyanın incəlikləri ilə onların maraq dairələri daxilində və onların anlayacaqları formada tanış etmək, robotların fərdiləşdirilməsi, dil, hərəkət proqramlarının yüklənməsi yollarını göstərmək və layihənin yekununda fərqlənən şagirdləri “Algo Academy”-də daha təkmil dərslərə cəlb edərək yekun nəticədə onlardan bir komanda təşkil edərək “Azerobot” şirkətinin ənənəvi robot olimpiadalarında iştraklarını təmin etməkdir. Layihə çərçivəsində Bakıda yerləşən “Suraxanı Gəmi Muzeyi”də yerləşən “Azerobot”un robotlarla bağlı sərgi-muzey bölməsinə ekskursiyalarının təşkili nəzərdə tutulub.  

Xatırladaq ki, Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan layihə Goranboy rayonu Quşçular kənd Hakim Cəfərov adına tam orta məktəbin coğrafiya müəllimi Aytən Məmmədova tərəfindən icra olunur. Layihə şagirdlərdə robot texnologiyalar haqqında əsas anlayışların mənimsənilməsini, şagirdlərdə sadə robot modelləri üzərində çalışaraq öz ideyalarını həyata keçirilməsini, seçilmiş şagirdlər arasından bir robotika komandası təşkil edilməsini və layihə nəticəsində məktəbdə robot texnologiyalarına həsr olunmuş aktiv öyrənmə mühiti formalaşamasını hədəfləyir.

Müəllimlərin 8 saatlıq iş qrafikində maaşlar necə hesablanacaq? - Müəmmalar
Son xəbərlərDaha çox