Azedu.az

“İlin gənc müəllimi”nin qalibi məktəbə direktor təyin edildi

Gəncə-Daşkəsən

Müəllimlər və elm adamları

11 Fevral 2026, 12:32
“İlin gənc müəllimi”nin qalibi məktəbə direktor təyin edildi

2022-ci ildə “İlin gənc müəllimi” seçilən Leyla Camalzadə Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta ümumtəhsil məktəbinə direktor təyin olunub.

AzEdu.az xəbər verir ki, o, bu vəzifəyə təyin olunmazdan əvvəl Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə direktor müavini və ingilis dili müəllimi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Leyla Camalzadə ali məktəbi Prezident təqaüdü ilə oxuyub və universiteti fərqlənmə, həmçinin Təhsil Nazirliyinin fəxri fərmanı ilə bitirmişdir. Hazırda Təhsil İdarəçiliyi üzrə ADA Universitetində magistr təhsili alır.

Paşinyan Putini BİABIR ETDİ - Moskvada gərgin anlar
Son xəbərlərDaha çox