Son illər ölkəmizdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Bu baxımdan təhsil müəssisələrinə şəhidlərin adının verilməsi onların qəhrəmanlıq yolunun gənc nəsillərə aşılanmasında xüsusi əhəmiyyət daşıyır. Regionlarda bu istiqamətdə görülən işlər isə cəmiyyətin daim diqqət mərkəzindədir.
Maraqlıdır, regionlarda fəaliyət göstərən neçə ümumi təhsil məktəblər şəhid adını daşıyır?
Mövzu ilə əlaqədar AzEdu.az Təhsil Portalı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, I və II Qarabağ müharibəsində iştirak edib şəhid olanlar da daxil olmaqla Regional İdarənin tabeliyində fəaliyyət göstərən 115 təhsil müəssisəsi şəhid adını daşıyır.
Regionlarda fəaliyyət göstərən təhsil müəssisələrinin şəhidlərin adını daşıması onların xatirəsinə göstərilən yüksək ehtiramın göstəricisidir və bu, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verir.