Azedu.az

Azərbaycan və Özbəkistan elm və innovasiyada əməkdaşlığı genişləndirir

Təhsil Nazirliyi

25 Noyabr 2025, 10:32
Azərbaycan və Özbəkistan elm və innovasiyada əməkdaşlığı genişləndirir

Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Rəcəbov ilə görüşüb.

AzEdu.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında elm və ali təhsil və innovasiyalar sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

Eyni zamanda, görüş çərçivəsində Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi yanında İnnovativ İnkişaf Agentliyi arasında elm və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Ermənini qucaqlayan SÖYÜLÜR, FAHİŞƏLİYƏ qadağa- Ölkədə nə baş verir?
Son xəbərlərDaha çox