Azedu.az

SAF-2025: 400-dən çox məktəb və 300 min şagird layihədə iştirak edir

Təhsil Nazirliyi

17 Noyabr 2025, 11:29
SAF-2025: 400-dən çox məktəb və 300 min şagird layihədə iştirak edir

"SAF ölkəmizdə texnologiya və rəqəmsal bacarıqların inkişafını sürətləndirmək baxımından mühüm rol oynayır".

AzEdu.az xəbər verir ki, bu sözləri "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov STEAM Azərbaycan (SAF-2025) festivalında çıxışı zamanı qeyd edib.

"Hər il minlərlə yeniyetmə və gənci ilhamlandıraraq onların yaradıcılıq potensialının üzə çıxarılmasına şərait yaradır. Eyni zamanda, bu tədbir beynəlxalq əməkdaşlıq üçün geniş və effektiv bir platforma funksiyasını yerinə yetirir.

Layihə ilk tədris ilində 41 məktəb və 6.000 şagirdi əhatə edirdisə, hazırda bu göstəricilər əhəmiyyətli dərəcədə artaraq 400-dən çox məktəbi və 300.000-dən artıq şagirdi əhatə edir. Bu göstəricilər layihənin genişlənmə dinamikasını və təsir gücünü açıq şəkildə nümayiş etdirir.

Festival iştirakçıları STEAM ruhunu, yəni elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrasiyasını - layihələri və ideyaları vasitəsilə canlandırır. Festival həmçinin sənaye nümayəndələri, təhsil müəssisələri və gənc innovatorları bir araya gətirməklə güclü öyrənmə ekosistemi formalaşdırır.

Bu festivalın vizyonu və missiyası interdisiplinar düşüncə tərzini təşviq etmək, STEAM bacarıqlarını gündəmə gətirmək və regionda təhsilli, innovativ cəmiyyətin formalaşmasına töhfə verməkdir".

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox