Azedu.az

Şagirdlərin 50%-i ibtidaidən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir

Təhsil Nazirliyi

13 Noyabr 2025, 12:19
Şagirdlərin 50%-i ibtidaidən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir

İbtidai təhsil pilləsində problemləri həll etmədən orta və ali təhsildə dayanıqlı nəticələr əldə etmək mümkün deyil:

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, təqribən 40-50 % şagird ibtidai mərhələdən sonra təhsildə davamlılıq baxımından çətinliklərlə üzləşir:

"Bu səbəbdən əsas məqsəd ibtidai təhsilin keyfiyyətini yüksəltməkdir. Təhsildə keyfiyyətin formalaşmasına iki əsas amil təsir göstərir – müəllimin peşəkarlığı və ailə mühitinin rolu:

"Uşağın təhsilə münasibətinin formalaşmasında ailə və ev mühiti az rol oynamır. Valideynin təhsilə yanaşması, uşağın öyrənməyə motivasiyası prosesin uğuruna birbaşa təsir edir. Ona görə də biz yalnız məktəb daxilində deyil, ailə mühitində də təhsilə dəyər verən bir mədəniyyəti təşviq etməliyik".

Genaral işə qarışdı - Təyyarə qəzasıyla bağlı ŞOK DETAL
Son xəbərlərDaha çox