Elm və təhsil naziri Emin Əmrullayev Novruz bayramı münasibətilə rəsmi feysbuk hesabında paylaşım edib.
AzEdu.az paylaşımı təqdim edir:
"Xalqımızın çoxəsrlik tarixində dərin köklərə malik olan, milli-mənəvi dəyərlərimizi yaşadan Novruz bayramı münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, sizə firavan həyat və xoş ovqat arzulayıram.
Bayramınız mübarək!".
