Elm və təhsil nazirinin müvafiq əmri ilə İradə Xəlilova Canlı Sistemlərin Tədqiqi İnstitutuna direktor müavini təyin olunub.
AzEdu.az-ın məlumatına görə, martın 2-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova İnstitutun yeni direktor müavini İradə Xəlilovanı müəssisənin kollektivinə təqdim edib.
Görüş çərçivəsində İnstitutun mövcud fəaliyyəti və inkişaf perspektivləri müzakirə olunub, qarşıda duran vəzifələr və prioritet istiqamətlər diqqətə çatdırılıb. Sonda kollektivin sualları cavablandırılıb.
Qeyd edək ki, İradə Xəlilova biologiya elmləri üzrə fəlsəfə doktorudur. O, əvvəllər Xəzər Universitetinin rektoru olub. İradə Xəlilova istefa verərək, vəzifəsindən ayrılıb və bir müddət Xəzər Universitetinin Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru postunda çalışıb.