Azedu.az

Ötən ay Elm və Təhsil Nazirliyinə 19 006 vətəndaş müraciəti olub

Təhsil Nazirliyi

2 Mart 2026, 17:14
Ötən ay Elm və Təhsil Nazirliyinə 19 006 vətəndaş müraciəti olub

Fevralın 16-dan 28-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 19 006 vətəndaş müraciəti daxil olub.

Bu barədə AzEdu.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, müraciətlərin 2 473-ü elektron, 1 171-i yazılı qaydada, 12 442-si isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 920 müraciət qeydə alınıb.

Qeyd edilib ki, müraciətlər olimpiada və müsabiqələr, “Rəqəmsal məktəb”, şagird yerdəyişməsi, təhsil tələbə kreditinə elektron müraciət və digər məsələlərlə bağlı olub.

SON DƏQİQƏ! İranın yeni müdafiə naziri də ö*ldürüldü
Son xəbərlərDaha çox