Azedu.az

Təhsil sahəsində son dövrlərin nəticələri və qarşıdakı planlar...

Təhsil Nazirliyi

6 Fevral 2026, 15:52
Təhsil sahəsində son dövrlərin nəticələri və qarşıdakı planlar...

Elm və Təhsil Nazirliyində “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi üzrə ötən ilin yekunlarına həsr olunmuş “İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda təhsil sahəsində son dövrlərdə həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr, mövcud çağırışlar və qarşıdakı dövr üçün planlar müzakirə olunub.

AzEdu.az xəbər verir ki, işçi qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə açılış nitqi ilə çıxış edərək Strategiyada nəzərdə tutulan tədbirlər üzrə ötən dövrdə əldə edilmiş nəticələr barədə ətraflı məlumat verib, həmçinin yekun hesabatın hazırlanması zamanı nəzərə alınmalı əsas məqamları diqqətə çatdırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn çıxışında işçi qrupun üzvlərinə göstərdikləri təşəbbüskarlığa görə təşəkkür edərək “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi üzrə tədbirlərin yüksək səviyyədə icra olunduğunu qeyd edib. 

Daha sonra Mərkəzin İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımov görülmüş işlərə dair monitorinq hesabatını təqdim edib. Hesabatda hədəf indikatorları üzrə icra vəziyyəti, mövcud çətinliklər, irəli sürülən təkliflər və növbəti dövr üçün planlar barədə ətraflı məlumat verilib. 

Təqdimatdan sonra işçi qrupun üzvlərinin iştirakı ilə müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib, görülən işlərin effektivliyinin artırılması məqsədilə tövsiyələrə uyğun olaraq növbəti addımlar müəyyən edilib.

Putinin generalı G*ÜLLƏLƏNDİ - Rusiyada ara qarışır
Son xəbərlərDaha çox