Azedu.az

Elm və təhsil naziri türkiyəli rektorlarla görüşüb

Təhsil Nazirliyi

19 Dekabr 2025, 14:18
Elm və təhsil naziri türkiyəli rektorlarla görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubiley tədbiri çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar, Qazi Universitetinin rektoru Uğur Ünal, Yıldız Teknik Universitetinin prorektoru Hüseyn Yılmaz və digər nümayəndələr iştirak ediblər.

Tərəflər arasında aparılan müzakirələrdə iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları, birgə layihələr, tələbə və müəllim mübadiləsi, həmçinin ali təhsil sahəsində mövcud inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Emin Əmrullayev görüş zamanı Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə yeni təşəbbüslərin reallaşdırılmasının hər iki ölkənin ali təhsil sisteminə töhfə verəcəyini bildirib.

Türkiyənin ali təhsil müəssisələrinin rəhbərləri də öz növbələrində Azərbaycanla təhsil sahəsində əməkdaşlığın mövcud səviyyəsindən məmnunluqlarını ifadə edərək qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin artırılmasının əhəmiyyətini qeyd ediblər.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox