Azedu.az

Dövlət qulluğu üzrə imtahan və qeydiyyat tarixləri 

Dövlət qulluğu

22 Yanvar 2026, 10:55
Dövlət qulluğu üzrə imtahan və qeydiyyat tarixləri 

Dövlət qulluğu üzrə imtahan və qeydiyyat tarixləri açıqlanıb.

Bu barədə AzEdu.az- Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Belə ki, inzibati vəzifələr üzrə müsabiqənin test imtahanına (A və B növü) qeydiyyat 2025-ci il 19 dekabr tarixindən 2026-cı il 4 yanvar tarixinədək aparılacaq.Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçiriləcək imtahanlara (AB, AC, BA, BB vəzifə qrupları üzrə) qeydiyyat isə 5–25 yanvar tarixlərini əhatə edəcək. Eyni tarixlərdə BB vəzifə altqrupu üzrə test imtahanına da qeydiyyat mümkündür.

Məlumata görə, dövlət qulluğu vəzifələri (A və B növü) üzrə test imtahanı 15 yanvar tarixində keçiriləcək. BB vəzifə altqrupu üzrə test imtahanı, eləcə də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı 5 fevral tarixində baş tutacaq.

Bundan əlavə, inzibati vəzifələr üzrə müsabiqənin test imtahanına (A və B növü) növbəti qeydiyyat mərhələsi 10 fevral – 1 mart tarixlərində təşkil olunacaq. BB vəzifə altqrupu üzrə test imtahanına qeydiyyat isə 20 fevral – 13 mart tarixlərində aparılacaq.

Növbəti dövlət qulluğu vəzifələri (A və B növü) üzrə test imtahanı 15 mart tarixində, BB vəzifə altqrupu üzrə test imtahanı isə 5 aprel tarixində keçiriləcək.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox