“Peşə seçimi” aləti üzrə diaqnostik imtahanların tarixi açıqlanıb.
Azedu.az-ın məlumatına görə, şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən “Peşə seçimi” aləti istifadəyə verilib. Bu alət şagirdlərin fərdi xüsusiyyətlərini daha dərindən öyrənmək məqsədilə üç əsas istiqamət üzrə diaqnostikanı əhatə edir:
1. Təfəkkür növləri üzrə test
2. Şəxsi xüsusiyyətlər testi
3. Peşə maraqları testi
Sözügedən testlər artıq Elm və Təhsil Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif layihələr çərçivəsində tətbiq olunub və öz praktiki səmərəliliyini göstərib.
Testdən keçən iştirakçıların nəticələri dərhal hesablanaraq onların qeyd etdikləri elektron poçt ünvanına göndəriləcək.
İlk imtahan dekabrın 10-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçiriləcək. Sessiyalar saat 10:00 və 14:00-da olmaqla iki növbədə təşkil olunacaq. İştirak üçün qeydiyyat 9 dekabr saat 18:00-dək davam edəcək