İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüter vasitəsilə elektron formada təşkil olunacaq. İmtahan iki növbədə - 11:00 və 16:00-da başlayacaq. Bakı şəhərində iki növbə hər birində 760 yer, Naxçıvan şəhərində iki növbə hər birində 160 yer olmaqla, ümumilikdə 1840 yer ayrılıb. Namizədlər 8 dekabr saat 11:00-dək DİM-in internet səhifəsində bu linkə daxil olub qeydiyyatdan keçə bilərlər.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
İmtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:
1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS (İmtahan 11:00-da başlayacaq);
2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS (İmtahan 16:00-da başlayacaq).
Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla buradan tanış ola bilərlər.