Azedu.az

Vəkilliyə qəbulla bağlı test imtahanında 224 nəfər uğurlu olub - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi

28 Noyabr 2025, 17:39
Vəkilliyə qəbulla bağlı test imtahanında 224 nəfər uğurlu olub - YENİLƏNİB

2025-ci il noyabrın 28-də Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və DİM ilə birgə VK-ya və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 423 nəfər vəkilliyə namizədin sənədləri qəbul edilib.

Namizədlərin 11,7%-i xarici, 88,3%-i isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan ali məktəb 54% göstərici ilə Bakı Dövlət Universitetidir. Yaş göstəricilərinə əsasən iştirakçıların 71%-i 40 yaşadək namizədlərdir. Bundan başqa, namizədlərin 31%-i qadın, 69%-i isə kişilərdir. Naxçıvan Muxtar Respublikası VK üzrə müraciət edənlər isə ümumi sayın 0,2%-ni təşkil edir.

Bundan başqa, imtahanda iştirak edən 423 namizəddən 311 nəfəri (74%) özəl müəssisələrdə, 112 nəfəri isə (26%) dövlət qurumlarında çalışır. Dövlət qurumlarında çalışanlardan 45 nəfəri məhkəmələrdə, 17 nəfəri ədliyyə orqanlarında, 15 nəfəri daxili işlər orqanlarında, 1 nəfəri prokurorluqda, 34 nəfəri isə digər dövlət qurumlarında fəaliyyət göstərir.

Üç saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında ümumilikdə 413 nəfər iştirak edib və onlardan 224 nəfəri uğur qazanıb.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak edib.

Qeyd etdək ki, cari il üzrə keçirilən ixtisas imtahanlarının test mərhələlərində ümumilikdə 884 namizəd iştirak edib. Bu il 287 nəfər vəkil and içərək Kollegiyanın üzvlüyünə qəbul olunub. Hazırda 65 nəfər vəkilliyə namizədin Ədliyyə Akademiyasında icbari təlim prosesi davam edir, 130 namizəd isə şifahi müsahibə mərhələsində iştirak edir.

 

09:03

Bu gün Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 423 nəfər qeydiyyatdan keçib.

Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) saat 10:00-da başlanır və 3 saat davam edəcək. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

Abituriyentlərə yeni fənn sürprizi – Buraxılış imtahanında nə dəyişə bilər?
Son xəbərlərDaha çox