Azedu.az

DİM-də“Düşüncə tərzləri: yaradıcı və tənqidi düşüncə” mövzusunda təlim 

Dövlət İmtahan Mərkəzi

26 Noyabr 2025, 18:01
DİM-də“Düşüncə tərzləri: yaradıcı və tənqidi düşüncə” mövzusunda təlim 

24-25 noyabr 2025-ci il tarixlərində təlimçi Tural İsgəndərov tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Düşüncə tərzləri: yaradıcı və tənqidi düşüncə” mövzusunda təlim təşkil edilib.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Təlim zamanı iştirakçılara tənqidi və yaradıcı düşüncənin mahiyyəti, tənqidi və yaradıcı düşüncənin fəlsəfi və elmi tərəfləri izah edilib. Yazılı və şifahi məlumata tənqidi yanaşmaq üçün müəyyən texnika və üsullar barədə məlumat verilib. Həmçinin tənqidi düşüncədə tətbiq edilən analiz, divergent, konvergent metodlar, hermenevtik yanaşma, yaradıcı düşüncənin inkişafı üçün tətbiq edilən “ip çəkmə”, “SCAMPER” modeli və s. izah olunub. Daha sonra hər bir üsulun praktik tətbiqinə nümunə göstərilib və məlumatları sərbəst tətbiq etmək üçün keys formatında tapşırıqlardan istifadə edilib.

Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.

Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ -Onu belə müdafiə etdi
Son xəbərlərDaha çox