26 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün “Dövlətin əsasları (dövlətin quruluşu, dövlət hakimiyyəti, qanunvericilik sistemi)” mövzusunda təlim keçirilib.
AzEdu.az xəbər verir ki , Təlim zamanı Mərkəzin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Lalə Qədirova, Hüquqi təminat sektorunun müdiri Ülviyyə Bədəlova və həmin sektorun böyük məsləhətçisi Mirzağa Yaqubzadə tərəfindən iştirakçılara Azərbaycan Respublikasında dövlətin quruluşu, hakimiyyətlərin bölünməsi, eləcə də dövlətin idarə olunmasında iştirak etmək hüququ haqqında məlumatlar verilib. Həmçinin qanunvericilik, icra və məhkəmə hakimiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilib.
Təlimin sonunda müvafiq mövzular ilə bağlı iştirakçıların sualları cavablandırılıb.