Azedu.az

DİM-də növbəti təlim keçirilib

Dövlət İmtahan Mərkəzi

26 Noyabr 2025, 14:47
DİM-də növbəti təlim keçirilib

26 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda onlayn formada təlim keçirilib.

AzEdu.az xəbər verir ki, təlimdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak edib.

Təlim zamanı iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası, həmçinin həmin qaydada yer alan prosedurlar və düsturlar ətraflı şəkildə izah edilib. Eyni zamanda qiymətləndirilmə zamanı edilən səhvlər və problemlər barədə qarşılıqlı müzakirə aparılıb.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ -Onu belə müdafiə etdi
Son xəbərlərDaha çox