Azedu.az

DİM imtahan tarixlərini nə zaman açıqlayacaq? - RƏSMİ

Dövlət İmtahan Mərkəzi

24 Noyabr 2025, 15:34
DİM imtahan tarixlərini nə zaman açıqlayacaq? - RƏSMİ

Son vaxtlar buraxılış imtahanlarına martın 1-dən başlanacağı ilə bağlı məlumatlar yayılır. Belə ki, imtahanların  martın əvvəlində start götürəcəyi barədə müxtəlif fikirlər səsləndirilir.

Maraqlıdır, bu nə dərəcədə həqiqəti əks etdirir?

Sözügedən məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

Mərkəzdən bildirilib ki, martın 1-də buraxılış imtahanının keçirilməsi xəbəri doğru məlumat deyil.

Həmçinin Dövlət İmtahan Mərkəzi imtahan tarixlərinin açıqlanması ilə bağlı məsələyə də aydınlıq gətirib:

"İmtahan tarixləri adətən ilin əvvəllərində açıqlanır",- deyə DİM-dən məlumat verilib.

Qeyd edək ki, bu il keçirilən bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri yanvarın 10-u elan olunub.

Ermənini qucaqlayan SÖYÜLÜR, FAHİŞƏLİYƏ qadağa- Ölkədə nə baş verir?
Son xəbərlərDaha çox