Azedu.az

TKT üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi

21 Noyabr 2025, 12:17
TKT üzrə test imtahanı keçiriləcək

22 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TKT (Teaching Knowledge Test) imtahanı keçiriləcək.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

İmtahan saat 09:00-da başlanır.İştirakçılar saat 8:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu və imtahana buraxılış vərəqəsi ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

TKT (Teaching Knowledge Test) imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox