Azedu.az

DİM-in əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Dövlət İmtahan Mərkəzi

18 Noyabr 2025, 13:21
DİM-in əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Ölkəmizdə irsi qan xəstəlikləri ilə mübarizə dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən ardıcıl layihələr, o cümlədən Heydər Əliyev Fondunun uzun illərdir davam edən “Talassemiyasız həyat naminə” proqramı ölkəmizdə irsi qan xəstəlikləri ilə mübarizəyə mühüm töhfə verir.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Proqram çərçivəsində Respublika Qan Bankı tərəfindən təşkil olunan könüllü qanvermə aksiyaları irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək missiyasının davamlılığını təmin edir.

Bu humanist təşəbbüsün davamı olaraq 18 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində qanvermə aksiyası keçirilib. Aksiyada Dövlət İmtahan Mərkəzinin əməkdaşları fəal şəkildə iştirak ediblər.

Toplanacaq qan talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Aksiyanın məqsədi xəstəlikdən əziyyət çəkən şəxslərə yardım etmək, könüllü donorluğun təşviqinə töhfə vermək və bu sahədə maarifləndirməni artırmaqdır.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox