Dövlət İmtahan Mərkəzi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün 21 dekabr 2025-ci il tarixində test imtahanı keçirəcək.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Müsabiqədə iştirakla bağlı sənəd qəbulu və digər məsələlərlə buradan tanış ola bilərsiniz.
Dövlət Vergi Xidməti tərəfindən sənədləri qəbul edilmiş namizədlər 4 dekabr saat 23:59-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak etmək üçün lazım olan məbləği ödəyərək qeydiyyatdan keçə bilərlər: //exidmet.dim.gov.az/elimt/VergiTest