Azedu.az

DİM növbəti təlim keçirib

Dövlət İmtahan Mərkəzi

14 Noyabr 2025, 09:41
DİM növbəti təlim keçirib

12-13 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun əməkdaşı Sevinc Məmmədova tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Çevik və inkişafyönümlü idarəetmə” mövzusunda təlim keçirilib.

AzEdu.az xəbər verir ki, təlim zamanı iştirakçılar idarəetmədə psixoloji çevikliyin təzahürləri, çevikliyin növləri və komponentləri, dəyişikliklərin və risklərin idarə edilməsi, idarəetmədə adaptivlik nədir və necə inkişaf etdirilir, inkişaf yönümlü idarəetmə nədir, amilləri, üstünlükləri və faydası barədə  məlumat əldə ediblər. Təlimdə çeviklik və qeyri-müəyyənlik arasındakı fərq, yanaşmanın seçilməsinə təsir edən amillər izah olunub. Həmçinin iştirakçılar psixoloji çeviklik haqqında maraqlı faktlar müzakirə ediblər.

Sonda  iştirakçıların sualları cavablandırılıb.

QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?
Son xəbərlərDaha çox