Azedu.az

Notariat fəaliyyəti üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi

13 Noyabr 2025, 11:13
Notariat fəaliyyəti üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 14 noyabr 2025-ci il tarixində notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək.

AzEdu.az xəbər verir ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat 2025-ci il oktyabrın 17-dən noyabrın 4-dək aparılıb və bu müddət ərzində 284 namizəd qeydiyyatdan keçib. 

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

Namizədlər imtahana gələrkən aşağıdakı sənədləri gətirməlidirlər:

-  şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

Prezident Ramiz Mehdiyevi işarə etdi - İLK DƏFƏ DANIŞDI
Son xəbərlərDaha çox