Azedu.az

DİM sədri: Şəhid övladlarının gələcəyi üçün daha çox iş görüləcək

Dövlət İmtahan Mərkəzi

6 Noyabr 2025, 14:56
DİM sədri: Şəhid övladlarının gələcəyi üçün daha çox iş görüləcək

“Bu elə bir dövr idi ki, bütün Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi.”

AzEdu.az xəvbər verir ki. bu fikirləri Dövlət İmtahan Mərkəzində (DİM) “Zəfər Günü” ilə əlaqədar keçirilən tədbirdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə səsləndirib.

O qeyd edib ki, Dövlət İmtahan Mərkəzi olaraq bu müqəddəs dəyərləri yalnız sözlə deyil, əməli fəaliyyətlə yaşatmağı öz borcu hesab edir:

“Şəhidlərimizin əmanəti olan gəncləri savadlı, vətənpərvər və azad ruhlu yetişdirmək üçün gördüyümüz hər bir iş zəfərin mənəvi davamıdır. Çünki şəhidlərimiz gənclərimizin gələcəyi üçün öz həyatlarını qurban veriblər.

Gənclərimiz dünyanın ən savadlı və qabaqcıl gəncləri sırasına daxil olmalıdır. Bu istiqamətdə artıq 5 ildir ki, ardıcıl fəaliyyət göstəririk. Əsas tərəfdaşımız olan “YAŞAT” Fondu ilə 2021-ci ildə imzaladığımız anlaşma çərçivəsində II Qarabağ müharibəsində iştirak etmiş qazilərimizin təhsil arzularına dəstək veririk.

Bu layihə nəticəsində bir çox qazilər ali və orta ixtisas məktəblərinə qəbul olunublar. Onlar üçün ödənişsiz hazırlıq kursları, metodik materiallar və sınaq imtahanları təşkil edirik. Bu günə qədər 22 qazi ali və orta ixtisas təhsilinə qəbul olub, 8 nəfər isə hazırda kurslarda təhsilini davam etdirir. Bu, yalnız qiymətləndirmə fəaliyyəti deyil, həm də bu insanlara yeni bir başlanğıc bəxş etməkdir.

Şəhid övladları ilə də xüsusi qayğı ilə çalışırıq. Hər il onlarla görüşlər keçirir, psixoloji dəstək proqramları, maarifləndirici təlimlər və erkən peşə seçimi üzrə layihələr həyata keçiririk. Bu illər ərzində 781 şəhid övladı bu fəaliyyətlərə cəlb olunub, onlara təxminən 5500 dərs vəsaiti, test toplusu və digər materiallar təqdim edilib.

2025-ci ildən etibarən şəhid övladlarının maraq və bacarıqlarını daha dərindən öyrənmək məqsədilə hazırlanan peşə seçimi aləti ilk dəfə məhz bu uşaqlara təqdim olunub. Bakıda 53, regionlarda isə 95 şəhid övladı bu prosesdə iştirak edib.

Bunlar ardıcıl və davamlı proseslərdir. Şəhid övladlarımız hələ gəncdirlər, onların gələcəyi üçün daha çox iş görüləcək".

Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı
Son xəbərlərDaha çox