Azedu.az

DİM bu şəxslərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi

6 Noyabr 2025, 13:22
DİM bu şəxslərə müraciət etdi

Məlum olduğu kimi, test imtahanı 2025-ci il 14 noyabr tarixində  DİM tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küç., 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə elektron formada keçiriləcəkdir.

AzEdu.az xəbər verir ki, imtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı
Son xəbərlərDaha çox