Azedu.az

Kolleclərə ixtisas seçimi - Jurnal nə zaman nəşr olunacaq?

Dövlət İmtahan Mərkəzi

21 Avqust 2025, 10:45
Kolleclərə ixtisas seçimi - Jurnal nə zaman nəşr olunacaq?

Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumata görə, ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanandan sonra 11 illik bazada kolleclərə ixtisas seçimi başlanacaq.

Müsabiqədə iştirak etmək istəyən namizədlər ixtisas seçimini hansı jurnal əsasında aparacaqlarını öyrənmək istəyirlər.

DİM-dən AzEdu.az-a bildirilib ki, namizədlər 5 nömrəli “Abituriyent” jurnalına əsasən ixtisas seçimi edəcəklər.

"Jurnal yaxın günlərdə nəşr olunacaq", - Mərkəzdən bildirilib.

Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!
Son xəbərlərDaha çox