Azedu.az

Abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərinə baxılacaq

Dövlət İmtahan Mərkəzi

20 İyul 2025, 16:32
Abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərinə baxılacaq

1602 və 211-ci komissiyalar üzrə Gəncə və Lənkəran şəhərlərində rəsm fənnindən keçirilmiş qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya komissiyası təşkil ediləcək. 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Apellyasiya komissiyası 23 iyul  2025-ci il tarixində saat 10:00-dan 13:00-dək fəaliyyət göstərəcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə imtahan verdiyi şəhərə müvafiq olaraq, Dövlət imtahan Mərkəzinin Gəncə və ya Lənkəran regional bölmələrinə şəxsən yaxınlaşıb, ərizə yazmalıdırlar.

Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!
Son xəbərlərDaha çox