Azedu.az

Bu şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Dövlət İmtahan Mərkəzi

1 İyul 2025, 12:20
Bu şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Dövlət İmtahan Mərkəzi iyulun 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Kollegiyaya üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni bu linkə daxil olaraq çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox