Azedu.az

DİM-in saytında bu şəxslər üçün müyəssərlik təmin olunub

Dövlət İmtahan Mərkəzi

21 İyun 2025, 13:02
DİM-in saytında bu şəxslər üçün müyəssərlik təmin olunub

Dövlət İmtahan Mərkəzinin saytının aşağı sol küncünə fiziki məhdudiyyətli şəxslərin internet informasiya resursundan istifadəsini genişləndirmək məqsədilə statik “Müyəssərlik menyusu” əlavə edilib.

AzEdu.az xəbər verir ki, “Müyəssərlik menyusu” vasitəsilə görmə zəifliyi olan istifadəçilər üçün şrift ölçüsünün müəyyən edilməsi, hərf aralığı, sətir hündürlüyünün tənzimlənməsi, rənglərlə bağlı müxtəlif kontrast və doyma rejimlərinin seçilməsi, həmçinin oxuma bələdçisi, animasiyalı şəkillərin deaktiv edilməsi, böyük kursor və s. imkanlar təqdim olunub.

Bu xidmət vasitəsilə fiziki məhdudiyyətli şəxslərin saytdan istifadəsi daha da rahatlaşacaq.

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox