Azedu.az

DİM-də TOEFL iBT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi

12 İyun 2025, 09:13
DİM-də TOEFL iBT imtahanı keçiriləcək

14 iyun 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək.

AzEdu.az xəbər verir kiştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox