Azedu.az

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi

28 Aprel 2025, 11:45
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdi mayın 4-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

AzEdu.az xəbər verir ki, namizədlər buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

Bildirilir ki, imtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İran`da her GEÇEN SAAT can kaybı ARTIYOR....
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox