Azedu.az

“Abituriyent” jurnalının 2 ci nömrəsi çap edilib

Dövlət İmtahan Mərkəzi

23 Aprel 2025, 11:00
“Abituriyent” jurnalının 2 ci nömrəsi çap edilib

Jurnalın bu nömrəsində 2024-cü ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr Azərbaycan və rus dillərində dərc edilib. 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, kitabı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və “Wolt” mobil tətbiqindən sifariş etmək mümkündür. //shorturl.at/B4g0M

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox