Azedu.az

DİM zəlzələdə xəsarət alanlara dəstək olub

Dövlət İmtahan Mərkəzi

13 Fevral 2023, 15:36
DİM zəlzələdə xəsarət alanlara dəstək olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam etdirilir.



AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektivi 6 fevral 2023-cü il tarixində Türkiyə Respublikasında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olan zəlzələ qurbanlarına dəstək məqsədilə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına könüllü olaraq 30760 manat vəsait köçürüb.



Bundan əlavə, Dövlət İmtahan Mərkəzinin mətbu orqanı olan “Abituriyent” jurnalı redaksiyası əməkdaşları da AFAD-ın hesabına 2020 manat köçürüb.



Hadisə nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik!



Səninləyik, Türkiyə!

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox