Azedu.az

DİM mütəxəssisləri əməkdaşlığa dəvət edir

Dövlət İmtahan Mərkəzi

23 Dekabr 2022, 18:00
DİM mütəxəssisləri əməkdaşlığa dəvət edir

Dövlət İmtahan Mərkəzi (DİM) situativ mühakimə testlərinin hazırlanması üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edir.

 

AzEdu.az xəbər verir ki, struktur bölmə Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsi, Səriştə və davranışların qiymətləndirilməsi sektorudur.

 

İlkin mərhələdə namizədlər üçün ödənişsiz təlimlər keçiriləcək və onların arasında daha səriştəli olanlar müəyyən ediləcək. İkinci mərhələyə keçən namizədlər üçün ödənişli əsaslarla yeni təlim keçiriləcək və onlar rəsmi müqavilə əsasında əməkdaşlığa cəlb olunacaqlar. Əməkdaşlıq qiymətləndirmə alətlərinin hazırlanması, onların ekspertizası üzrə tələb olunan işləri həyata keçirməkdən ibarət olacaq. Ekspertizadan keçərək test bankına daxil edilən test tapşırıqları üçün mövcud tariflərə uyğun şəkildə müəlliflərə əməkhaqqı ödəniləcək.

 

Namizədlərə dair tələblərlə DİM-in saytında tanış olmaq olar. Maraqlanan şəxslərdən “CV”lərini 2023-cü il yanvarın 30-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Ekspert” yazaraq göndərmələri xahiş olunur. “CV”lərə baxıldıqdan sonra uyğun hesab edilən şəxslərlə əlaqə saxlanılacaq və təlimlər haqqında məlumat veriləcək.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox