Azedu.az

Coğrafiya və riyaziyyat üzrə qəbula uyğun tapşırıqlar müzakirə olunub

Dövlət İmtahan Mərkəzi

26 Noyabr 2022, 10:27
Coğrafiya və riyaziyyat üzrə qəbula uyğun tapşırıqlar müzakirə olunub

Coğrafiya fənni üzrə gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanı, riyaziyyat fənni üzrə isə hərbi liseylərə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

 

AzEdu.az xəbər verir ki, müzakirəyə təqdim edilmiş hər bir tapşırıq mövzu, qabiliyyət göstəricisi və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. Müvafiq fənn kurikulumunun məzmun standartlarının tələblərinə və təlim nəticələrinə uyğun tapşırıqlar imtahan modeli üçün qəbul olunub.

 

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

 

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

 

 

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox