Azedu.az

"Yüksək nəticə göstərən,amma sənəd qəbulunda iştirak etməyən abituriyentlər var"- Məleykə Abbaszadə   

Dövlət İmtahan Mərkəzi

16 Avqust 2022, 12:00

 

"Cari ilin məzunları arasında buraxılış imtahanlarında iştirak edərək yüksək nəticə göstərən,amma ali təhsil müəssisələrinə sənəd qəbulunda iştirak etməyən abituriyentlər var idi".

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı keçirilən mətbuat konfransında qeyd edib.

 

"Bununla bağlı araşdırmalar aparılıb. Onu deyə bilərəm ki, həmin abituriyentlərin arasında sənəd verənlər oldu, onlara öz imkanları ilə bağlı məlumat verilib. Bu abituriyentlərin arasında müxtəlif olimpiadaların qalibləri, müsabiqədənkənar qəbul olma şansına malik olanlar da vardı. Qeyd edim ki, ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olma şansı qazanan abituriyentlərin də qəbulu aparılır. Onların dəqiq sayı isə ixtisas seçimləri başa çatdıqdan sonra məlum olacaq"-deyə, sədr qeyd edib.

 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox