Azedu.az

DİM iyul ayında göstərilmiş xidmətlərin statistikasını AÇIQLAYIB

2 Avqust 2022, 16:01
DİM iyul ayında göstərilmiş xidmətlərin statistikasını AÇIQLAYIB

Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iyul ayında keçirilmiş imtahanlarda 67 min 778 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 491 min 208 olub. İyul ayı ərzində 2708 vətəndaş qəbul edilib. Çağrı Mərkəzi vasitəsilə 14 min 636, elektron poçt vasitəsilə 3 mindən artıq, sosial şəbəkələr vasitəsilə 5 minə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 6178 olub. Abituriyent məsləhət mərkəzlərinə müraciətlərin sayı 1000-i keçib.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox