Azedu.az

Memarlıq üzrə qabiliyyət imtahanları avqustun 4-5-də keçiriləcək  

Dövlət İmtahan Mərkəzi

13 İyul 2022, 12:41
Memarlıq üzrə qabiliyyət imtahanları avqustun 4-5-də keçiriləcək  

Dövlət İmtahan Mərkəzi (DİM) iyul-avqust ayları ərzində keçiriləcək xüsusi qabiliyyət imtahanlarının istiqamətləri üzrə təqvimi təqdim edib.

DİM-dən  bildirilib ki, memarlıq üzrə ali təhsil müəssisələrinə qabiliyyət imtahanları avqustun 4-5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil ediləcək.

Qeyd edək ki, apellyasiya komissiyaları imtahandan sonrakı iş günündə imtahan keçirilən binada təşkil edilir. İstiqamətlər üzrə yalnız DİM-in saytındakı cədvəldə və binalarda vurulmuş elanda göstərilən tarix və günlərdə apellyasiya müraciətləri qəbul olunur.

Qabiliyyət imtahanlarının tarixi və yeri imtahana buraxılış vərəqəsində göstərilir.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox