Azedu.az

Fizika və rus dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib

Dövlət İmtahan Mərkəzi

28 Aprel 2022, 09:00
Fizika və rus dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib

27 aprel 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib

 

DİM-dən AzEdu.az-a bildirilib ki, işçi qruplarının iclaslarında gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 11-ci sinif dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçalarının dərsliklərlə müqayisəli təhlili olub. Təhlil nəticəsində kitabçaların məzmununda təkmilləşmələr aparılıb, dərsliklərdəki dəyişikliklər nəzərə alınıb.

 

Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib.

 

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox